Biz imzaları yox, əsərləri dərc edirik...

Niyazinin mənzil-muzeyinin 25 illiyi qeyd olunacaq
375
13 Sentyabr 2019, 16:40
  Sentyabrın 17-də Maestro Niyazinin adını daşıyan muzeyin yaradılmasının 25 illiyi qeyd ediləcək.
  Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, tədbirdə görülən işlər, qarşıda duran vəzifələr haqqında danışılacaq, maestronun həyat və yaradıcılığından bəhs ediləcək.
  Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəyi tədbir konsert proqramı ilə davam edəcək.
 
 

  Qeyd edək ki, xalqımızın maddi-mənəvi xəzinəsi və tarixi sayılan böyük şəxsiyyət-Niyazini ürəklərdə yaşadaraq onun mükəmməl yaradıcılığının mühafizəkarına çevrilən bu mənzildə maestro 1958-ci ildən ömrünün sonunadək, yəni 1984-cü ilədək yaşayıb, yaradıb.