Biz imzaları yox, əsərləri dərc edirik...

Nəsimiyə həsr edilmiş rəsm müsabiqəsi
273
23 Sentyabr 2019, 14:01
   Bakı Kitab Mərkəzinin dahi Azərbaycan şair-mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş 6-14 yaş uşaqlar arasında elan etdiyi rəsm müsabiqəsinin qiymətləndirilməsi başa çatıb.
  Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu günlər tanınmış rəssamlardan ibarət münsiflər heyəti bütün əsərlərlə tanış olub, 3 yer üzrə qalibləri müəyyən edib. Bundan əlavə, 3 əsər Bakı Kitab Mərkəzinin xüsusi mükafatına layiq görülüb.
 
 

  Sentyabrın 28-də Bakı Kitab Mərkəzində müsabiqəyə təqdim olunmuş 40-a yaxın rəsm əsərlərindən ibarət sərgi və mükafatlandırma mərasimi keçiriləcək.