Biz imzaları yox, əsərləri dərc edirik...

“Nəsimi 650” adlı səyyar kitab sərgisi təşkil edilib
272
23 May 2019, 14:18
  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları rayon ərazisində səyyar kitab sərgisi təşkil ediblər.

  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.
  Qeyd edilib ki, böyüməkdə olan gənc nəslin yüksək mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyə olunmasında, oxucuların mənən kamilləşməsində Nəsimi irsinin xüsusi əhəmiyyəti vardır. İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsilə əlaqədar olaraq kitabxanaların təşkil etdikləri tədbirlərin, sərgilərin əhəmiyyəti böyükdür.
  "Nəsimi 650” başlığı altında təşkil olunmuş səyyar kitab sərgisi rayon əhalisi tərəfindən maraqla qarşılanıb.