Artkaspi.az
saytı Qulu Ağsəsin "Nə gördün Qarabağda” adlı
şeirini təqdim edir:
– Nə gördün Qarabağda,
(soruşdum Rza Diqqətinin fotolarından)
orda vəziyyət nə cürdü?
Salamatçılıqdı, dedi:
məsçid – minbərdən,
kəhriz – çinardan,
qəbir – başdaşından,
mina – kadrdan
hündürdü!
Hə, bir də
mat qaldım bir şeyə:
oranın quşları
adam kimi danışır,
adamları
quş kimi oxuyur deyə...
