Biz imzaları yox, əsərləri dərc edirik...

“Hacı Qara” komediyası əsasında yeni tamaşa
599
07 Aprel 2017, 17:11

   Azərbaycan Dövlət Musiqili Teatrında dahi dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara” adlı iki hissəli komediyası əsasında yeni tamaşa hazırlanır.

   Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, musiqi tərtibatçısı Ülvi Cəfərovdur.

  "Azərbaycan xalqının böyük mütəfəkkirlərindən olan Mirzə Fətəli Axundzadənin "Hacı Qara” adlı iki hissəli komediyasına müraciət etməyimizin bir neçə səbəbi var. Onlardan biri də bu il iyunun 30-da dahi yazıçı-dramaturqumuzun dünyaya gəlməsinin 205 ilinin tamam olmasıdır. Ümumiyyətlə, M.F.Axundzadənin əsərləri bütün dövrlərdə müasirdir. "Hacı Qara” komediyasında qabardılan problemlər bu gün də aktuallığını itirmir. Böyük klassikimizin bu ölməz əsərini əsasən gənclərin ifasında və tam yeni bir formatda təqdim edəcəyik. Meydan üslubunda hazırlanan "Hacı Qara” bir çox yeniliklərlə zəngindir”,  deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.

   Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

  AZƏRTAC