Biz imzaları yox, əsərləri dərc edirik...

Musiqili Teatr yeni mövsümü “Arşın mal alan”la açacaq
60
12 Sentyabr 2018, 17:34
 Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünün açılış gününün tarixini dəyişib. Yeni mövsümün açılış mərasimi sentyabrın 20-dən 22-nə keçirilib.
 

 
 Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova AZƏRTAC-a bildirib ki, teatr mövsümü dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası ilə açacaq.
 Sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri axşam saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək. Bundan başqa, sənət ocağı Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
 F. Aslanovanın sözlərinə görə, teatrın yaradıcı kollektivi bu mötəbər tədbirə "Arşın mal alan”, "O olmasın, bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən "Nuri-didə Ceyhun” tamaşaları ilə qatılacaq.