Biz imzaları yox, əsərləri dərc edirik...

Musiqili hədiyyə
465
06 İyun 2020, 10:25
 Musiqili hədiyyə
 
 Son günlərdə ölkənin mədəni həyatı Xalq artisti, professor, "Şərəf” və "Şöhrət” ordenli, Dövlət mükafatı laueratı, görkəmli tar ifaçısı Ramiz Quliyevin İran Milli orkestrinin ifaçıları ilə birgə layihəsi çərçivəsində hazırladığı videokliplə canlandı.
 Məsələ burasındadır ki, mart ayında Ramiz müəllim İranda qastrol səfərində konsertlər verəməli imiş. Lakin pandemiya səbəbindən bu baş tutmadı. Bunula əlaqədar olaraq orkestrin rəhbəri və baş dirijoru Əli Əkbər Qurbani Azərbaycanın Xalq artisti Ramiz Quliyeva bu ortaq musiqili layihəni virtual şəkildə həyata keçirməyi təklif edib. Ramiz Quliyev dahi Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Laylay” əsərini seçir və notlarını Əli Əkbər Qurbaniyə göndərir. Əli Əkbər Qurbani çox qısa bir vaxtda əsəri orkestrləşdirir. Solist Ramiz Quliyev və orkestrin musiqiçiləri  partiyalarını evdə yazırlar. Sonra yazılanlar bir videoçarxa yığılır. (https://www.trend.az/life/culture/3244937.html)

 Bu layihə hər iki ölkənin dinləyiciləri üçün müqəddəs Ramazan bayramı münasibətilə musiqili hədiyyə oldu. Və bu layihə Azərbaycan və İran musiqiçiləri arasındakı dostluğun nümayişinə çevrildi.
Azərbaycanlıların tarı diz üstündən qaldırıb sinələrində – ürəklərinin üstündə çifa etməsi tarın Azərbaycan musiqi alətlərininin şahı olduğunu təsdiqləyir.
 Layihənin koordinatoru, Əməkdar artist, Opera və Balet teatrının baş dirijoru və bədii rəhbəri, tarzənin oğlu Eyyub Quliyevin sözlərinə görə, bu layihə Ramazan bayramı üçün nəzərdə tutulub, Azəbaycan və İran musiqiçilərinin dostluq simvoluna çevrilib. Qısa bir müddətdə olduqca çox müsbət rəylər toplayıb və musiqi sənətini sevənlər və dəyərləndirənlərdən ötrü böyük bir sürpriz olub:
 – Layihədə, – E.Quliyev deyir, – İranın çox məşhur Milli orkestrinin kollektivi iştirak edib. Ramiz Quliyev onlarla əməkdaşlıq edir, bir neçə il öncə o Tehranda Tehranın simfonik orkestri və Xalq çalğı alətləri orkestri ilə birlikdə çıxış edib. Konsert mart ayına nəzərdə tutulsa da, pandemiyaya görə qeyri-müəyyən bir tarixə qədər təxirə salındı. Lakin orkestrin rəhbəri Əli Əkbər Qurbani, sanki bu gözlənilməz bədbəxtliyi kompensasiya etmək məqsədilə atama virtual layihədə iştirak etmək bə vidieoklip çəkmək üçün müraciət etdi. Ramiz Quliyev dahi Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Laylay” əsərini seçdi və notlarını Əli Əkbər Qurbaniyə göndərdi. Əli Əkbər Qurbani çox qısa bir vaxtda həmin bu əsəri orkestrləşdirdi. Yeri gəlmişkən, Ə.Ə.Qurbani öz təşəbbüsü ilə əvvəlki qastrollarda yüksək peşəkarlıqla bizim klassiklərimizin əsərlərini də orkestrləşdirib. Atam müəyyən qədər ifanın keyfiyyəti, sinxronluq və digər texniki məqamlara görə narahat olurdu. Xoşbəxtlikdən hər şey çox keyfiyyətli və yüksək peşəkarlıqla ərsəyə gəldi. 
 
 

 Vasif Adıgözəlovun da bu yaxınlarda anadan olmasının 85 illiyidir. Düşünürəm ki, bu layihə həm də onun doğum günü üçün bir töhvədir. Bizim tarla İranın milli musiqi alətlərinin vəhdətindən gözəl bir musiqi alındı. Bu bizim hər birimiz üçün bayram və müqəddəs Ramazana hədiyyə oldu. 
 
 İranın xalq çalğı alətləri orkestri  bəstəkar və Tehran Musiqi Universitetinin müəllimi Əli Əkbər Qurbaninin Qazaxstanın Astana şəhərində olacaq Beynəlxalq muqisi festivalında iştirak etmək üçün adığı dəvətdən sonra – 2018-ci ildə yaranıb. Maestro yaratdığı orkesta İranın ancaq ən yaxşı musiqçilərin dəvət edib, orkestr üçün repertuar hazırlayıb. Musiqi festivalında uğurlu çıxışdan sonra orkestrin üzvləri orkestri saxlamaq istəklərini bildirib və beləliklə  fəaliyyətlərini davam etdiriblər. Bu kollektiv İranın bir çox bölgələrində, həmçinin də Çexiya, Avstriya və digər ölkələrdə uğurlu çıxışlar ediblər. 
 Layihəyə göstərdiyi diqqətə görə "Kaspi” qəzetinə  təşəkkür edən Qurbani İran musiqçilərinin hər zaman Azərbaycan musiqinin təsiri altına olduğunu bildirib. Yeri gəlmişkən, maestro dahi Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadənin tələbəsi olub. 
 
 – O cür təkrarsız br insanın tələbəsi olduğuma, onunla ünsiyyətdə olduğuma görə çox qürur duyuram, – söhbətimiz zamanı bildirdi. – Biz onunla çox yaxın idik və orkesrləşdirmənin sirlərini mən ondan öyrənmişəm. Mən hətta Bakıda onun evində qonaq da olmuşam, bu mənim üçün böyük xoşbəxtlikdir. 
 
 

 – Ramiz Quliyevlə çoxdan əməkdaşlıq edirsiz?
 – Onunla artıq 15 ildir ki tanışıq. İranın Mədəniyyət Nazirliyi nəzdində həm klassik Avropa, həm də milli musiqi alətərində ifa edən musiqiçilərdən ibarət İranın dövlət milli musiqi orkestri fəaliyyət göstərir. Onun rəhbəri professor Fərhad Fəxrəddinidir. Mən onun da tələbəsi olmuşam. Bu orkestrlə bəstəkar kimi əməkdaşlıq edirdim. Yeri gəlmişkən, bu orkestrlə illər öncə Xalq artisti Lütfiyar İmanov da çıxış edib. Ramiz Quliyev iki dəfə Tehrana F.Fəxrəddini tərəfindən dəvət olundu və mənim əsələrimi ifa etdi. Bizim aramızda dostluq və yaxın yaradıcılıq münasibətləri yarandı.
 – Yəqin ki, karantin vaxtı bu layihə orkestrin üzvləri və iranlı dinləyicilər üçün sanki bir udum oksigen kimi olub.
 – Haqlısız. Dörd il əvvəl müəllimi olduğum Tehran Musiqi Universitetinin nəzdində kiçik simfonik orkestr yaratdım və Ramiz müəlimi bu orkestrlə də çıxış etmək üçün dəvət etdik. Lakin karantinlə əlaqədar bütün mədəni tədbirlərin qeyri-müəyyən bir zamana keçirildinə görə biz zamanımızı səmərəli keçirmək, əsər hazırlayıb hər kəsi sevindirmək qərarına gəldik. Əvvəlcə karantin dövründə çox zəhmət çəkən tibbi personalımız üçün hazırladığımız klipi təqdim etdik. Bu isə ikinci klipimiz oldu. Birinci layihəyə F.Fəxrəddinin "Əbu Əli ibn Sina” süitasından bir parça daxil etmişdim. Ramiz Quliyevlə həyata keçirdiyimiz ikinci layihənin məqsədi insanları qlobal pandemiyaya qarşı birləşdirmək idi. V.Adıgözəlovun "Layla”sını birinci dəfə eşidəndə çox böyük təəssürat altına düşdüm. Azərbaycan musiqisini heç də pis bilməsəm də, bu əsər mənə tanış deyildi. Və mən bizim orkestrin alətləri üçün orkestrləşdirmə işlərinə başladım. Ramiz müəllimin və bütün musiqçilərin videoyazılarını bir klipdə cəmlədik. Bu mürəkkəb bir dönəmdə insanlara təsəlli, güc-qüvvət vermək, ürəklərinə rahatlıq gətirmək istəyirdik. 
 
 

 – Orkestrinizlə Azərbaycanda konsert verməyi düşünürsüz? Bizim musiqisevərlərə İran musiqiçiləri ilə tanışlıq maraqlı olardı. 
 – Əlbəttə, azərbayanlı musiqisevərlər qarşısında çıxış etmək çox istərdik. Və əgər belə bir dəvət olarsa, İranın Mədəniyyət Nazirliyi və biz özümüz böyük məmnuniyyətlə İran və Azərbaycan müəlliflərinin əsərlərindən ibarət çox gözəl bir repertuar hazırlayarıq. 
Layihənin ideyası bundan ibarətdir ki, məsafəyə və koronavirus təhlükəsinə baxmayaraq, ölümsüz musiqinin, Ramiz Quliyev sənətinə olan sevgi və hörmət bizim xalqları birləşdirir və daha da çox yaxınlaşdırır. Bu musiqiçilərin bu gözəl əsəri ifa edərkən göstərdikləri sevgi, entuziazm, şövqdən də bəlli olurdu. 
 
 Söhbətləşən: Afət İslam
 Tərcümə edən: Xanım Aydın