Biz imzaları yox, əsərləri dərc edirik...

Mübariz Örənin kitabı Fransa Milli Kitabxanasında
605
25 Fevral 2021, 15:23
 Azərbaycan yazıçılarının Fransada çap olunmuş kitabları haqqında məlumat Fransa Milli Kitabxanasının qeydiyyatından keçərək kitabxananın rəsmi saytına yerləşdirilib.
 
 

 Bu barədə "Kəpəz” nəşriyyatının rəhbəri Nicat Kazımov məlumat verib.
 O, kitablarımızın belə nüfuzlu bir yerdə nümayişini Azərbaycan ədəbi mühiti üçün ciddi hadisə saydığını qeyd edib.
 Xatırladaq ki, Milli Kitabxananın saytında Nəriman Nərimanov, Timuçin Hacıbəyli, Hüseyn Abbaszadə, müasirlərimizdən Çingiz Abdullayev, Şərif Ağayar, Mübariz Örən, Nadir Adilman kimi müəlliflərin kitabları vardır.
Kitabxananı bu linkdən ziyarət edə bilərsiniz.
 
Kulis.az