Biz imzaları yox, əsərləri dərc edirik...

“Monotamaşa paradı”
438
22 Yanvar 2018, 17:52
  Maraqlı layihələrlə tamaşaçıların görüşünə gələn Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu dəfə də yeni, "Monotamaşalar paradı” adlı teatr bayramı ilə sənətsevərləri sevindirib.
  Teatrdan AZƏRTAC-a verilən məlumata görə, sənət ocağının "Kiçik səhnə”sində yanvarın 9-dan 17-dək "Vurğuna vurğun gəlin”, "İstədiyim kimi yaşamışam”, "Dəlinin qeydləri”, "Cəza”, "Sonluğun sonu”, "İdiot” tamaşaları nümayiş olunub. Tamaşalar janr, mövzu baxımından fərqli olub.
 

 
  Monotamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
  Tamaşaçıların teatrın "Rəy kitabı”na aktyor və rejissorlar haqqında yazdığı xoş fikirlər "Monotamaşalar paradı”nın uğurla yekunlaşdığını təsdiq edir.
  Qeyd edək ki, monotamaşaların bir neçəsi ölkəmizi artıq dünyanın bir sıra ölkələrdə nüfuzlu beynəlxalq teatr festivallarında uğurla təmsil edib, mükafatlara layiq görülüb.