Biz imzaları yox, əsərləri dərc edirik...

“Moldova Ədəbiyyatı Günləri” başlayır
615
23 Fevral 2018, 16:39

  Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə bu ilin 1-3 mart tarixləri arasında Bakıda "Moldova Ədəbiyyatı Günləri” keçiriləcək.

 
Bu çərçivədə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə Arkadi Suçevyanu, Vüqar Novruzov, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçiriləcək, Bakıda Moldova ədəbiyyatı ilə bağlı, Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən nəşrlər təqdim olunacaq.
 
 
  Tədbirlərin sırasında Mərkəzin nəşri olan "Dünya ədəbiyyatı” dərgisi Moldova ədəbiyyatı "Xüsusi sayı”, Arkadie Suçevianunun "Qağayı ilə göndərilən məktub” şeir toplusu və İqor Volnitskinin "Mənə ölməyi öyrət” kitabının müzakirə və təqdimatları, Moldova poeziya gecəsi və bir sıra maraqlı görüş və tədbirlər planlaşdırılır. 


 
  "Moldova Ədəbiyyatı Günləri”nə informasiya dəstəyi göstərən televiziya kanalları və mətbu orqanlar bunlardır: ARB və ARB-Günəş kanalları, "Ədəbiyyat qəzeti”, ayb.az və artkaspi.az manera.az.