Biz imzaları yox, əsərləri dərc edirik...

Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olunub
429
14 İyul 2020, 10:46
 Yazıçı Mirmehdi Ağaoğlunun Türkiyədə "Her şey oğlum için” adlı hekayələr kitabı çap olunub.
 Mədəniyyət Nazirliyiindən APA-ya verilən məlumata görə, tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi toplu Türkiyənin "Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

 Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçıların Türkiyədə tanıdılması işi davam etdirilir.