Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxanada “Adil Babayev – 95” adlı kitab sərgisi açılıb
606
28 Yanvar 2020, 16:43
  Yanvarın 28-də M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Babayevin anadan olmasının 95 illiyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş "Adil Babayev – 95” adlı kitab sərgisi açılıb.
 
 

  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş əsərləri, sözlərinə yazılmış mahnılar, tərcümələri, redaktoru olduğu və haqqında yazılmış kitablar nümayiş olunur.
  Sərgi bir həftə davam edəcək.