Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxanada 20 yanvar faciəsiniə həsr olunmuş tədbir
193
17 Yanvar 2020, 18:44
 Yanvarın 17-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir, Milli Kitabxananın nəşr etdiyi "20 Yanvar Qan Yaddışımız” adlı vəsaitin və  eyniadlı Elektron məlumat bazasının, habelə 20 Yanvar İctimai Birliyi tərəfindən nəşr olunmuş "Qalibiyyət qartalları” kitabının təqdimat mərasimi keçirilib.
 
 

 Tədbirdə ilk öncə 20 yanvar faciəsinin qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq 20 yanvar şəhidlərinin cəsarətli şücaətindən geniş söhbət açıb. Bildirib ki, "Xalqımızın mərd oğulları əliyalın, silahsız sovet ordusuna qarşı çıxaraq müstəqilliyimiz uğrunda mübarizənin başlanğıcını qoyub. Bu günün dərin hüznlə anıldığını qeyd edən professor, imperiya dövründə heç bir yerdə Bakı hadisələri qədər geniş maştablı qırğınların törədilmədiyini söyləyib. Bu qırğınlar nəticəsində bir gecədə 130-dan çox insanın amansızcasına qətlə yetirildiyini, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs olunduğunu diqqətə çatdırıb.  Qeyd edib ki, sovet ordusunun törətdiyi bu qanlı cinayət imperiyanın süqutuna təsir edib və əbədiyyətə qovuşan 20 yanvar şəhidləri  müstəqillik yolunda xalqımızın cəsur oğulları üçün bir cığır açıb, minlərlə igid oğullarımız Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində şəhid olub”. 
 Professor çıxışında bildirib ki, ilk dəfə 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev xalqımızın cəfakeş oğlu kimi Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində olaraq Bakıda törədilmiş kütləvi qırğınla bağlı etiraz səsini dünyaya çatdırıb. Eyni zamanda Heydər Əliyevin yenidən hakiməyətə gəlişindən sonra 20 yanvar hadisəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin veridlriyini və ilk dəfə 5 yanvar 1994-cü il "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” fərman imzalandığını söyləyib. 
 
 

 Prof. Kərim Tahirov çıxışında onu da qeyd edib ki, ölkə rəhbərinin imzaladığı "20 yanvar faciəsinin 30-cu ildönümü haqqında” sərəncama əsasən Azərbaycanda və onun hüdudlarından kənarda geniş miqyaslı tədbirlər keçirilir.  Professor yeni-yeni kitabların nəşr olunduğunu, o cümlədən Milli Kitabxananın nəşr etdiyi "20 Yanvar Qan Yaddışımız” adlı vəsaiti və 20 Yanvar İctimai Birliyi tərəfindən nəşr olunmuş "Qalibiyyət qartalları” kitabını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq məqsədilə Milli Kitabxana belə nəşrləri xarici ölkələrə göndərir, elektron resursunu hazırlayaraq Milli Kitabxananın saytında yerləşdirir və xaricdə yaşayan soydaşlarımız üçün əlçatan edir.  
 Daha sonra 20 yanvar faciəsindən bəhs edən qısa film nümayiş edilib.
 Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək faciədən 30 il keçməsinə baxmayaraq, o gün yaşanan hadisələrin ilk günki kimi xatirələrimizdə yaşadığını, qan yaddaşımıza həkk olunduğunu bildirib. Ədibə xanım çıxışında onu da qeyd edib ki, "20 yanvar hadisələrini gənclərə təbliğ etmək hər bir Azərbaycanlının ən mühüm vəzifəsi olmalıdır. Bu məqsədlə  gənclərin iştirakı ilə hər il Milli Kitabxanada və onun nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 20 yanvar faciəsinə həsr olunmuş kitab təqdimatları, geniş kitab sərgiləri təşkil edilir.” 
 
 

 Tədbirdə gənc şair Sevindik Nəsiboğlu və Milli Kitabxananın əməkdaşı Səyyarə Məmmədli 20 yanvar faciəsinə həsr etdikləri şeirləri ifa ediblər.
 Daha sonra Milli Kitabxananın "Elektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən hazırlanmış "20 Yanvar Qan Yaddışımız” elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib. 
 Sonda tədbir iştirakçıları xalqımızın milli istiqlal mübarizəsini əks etdirən kitablardan, dövri mətbuat materiallarından ibarət "20 yanvar xalqımızın qan yaddaşıdır” adlı sərgi ilə tanış olublar. 
 Eyni zamanda 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir 8 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada da davam edib.