Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
97
01 Aprel 2020, 17:11
 Koronavirus təhlükəsi ilə əlaqədar ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Milli Kitabxananın əməkdaşları onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir.
 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, martın 11-dən 31-dək Milli Kitabxananın onlayn xidmətləri vasitəsilə 659 istifadəçiyə sənədlərin elektron çatdırılması xidməti göstərilib. Bu müddət ərzində onlara 1800 kitab və 4200 məqalənin elektron çatdırılması təmin olunub.
 
 

 Kitabxananın saytının (anl.az) "Elektron kataloq və elektron kitabxana” bölməsinə son 20 gündə 182 583 nəfər kitabları onlayn oxumaq üçün müraciət edib. Bütövlükdə sayta daxil olanların sayı isə 225 825 nəfər olub. Bu dövr ərzində oxucuların sifarişi əsasında kitabxananın əməkdaşları kitabxanaya gələrək 50 kitabın və 320 məqalənin elektron versiyasını hazırlayaraq oxuculara göndərib.
 Son 20 gün ərzində kitabxananın əməkdaşları tərəfindən 4 virtual sərgi hazırlanaraq onlayn şəkildə oxuculara təqdim olunub.
 "Könüllülər ili” ilə əlaqədar olaraq Milli Kitabxananın nəzdində fəaliyyət göstərən açıq kitabxanada yaradılmış könüllülər qrupu martın 13-dən bu günədək kitabxanada olan maraqlı kitabların videogörüntülərini və xülasələrini kitabxananın "facebook” səhifəsi vasitəsilə onlayn şəkildə oxuculara təqdim edir.