Biz imzaları yox, əsərləri dərc edirik...

Milli kinomuzun 120 illiyinə həsr edilmiş fotosərgi açılacaq
144
11 Oktyabr 2018, 09:13
 Oktyabrın 12-də Muzey Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş "Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.
 

 
 Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, sərgidə sovet dönəmində istehsal olunmuş klassik Azərbaycan filmlərinin çəkiliş proseslərini əhatə edən 50 foto təqdim olunacaq.