Avstraliyanın
beynəlxalq nüfuzlu ədəbi mükafatı "Miles Franklin”-in builki qalibi Melissa
Lukaşenko olub. Müsabiqənin ilk günündən "riskli”, "təhlükəli” kimi
dəyərləndirilən, dünyada əsl gücün haradan və necə qidalandığına işıq tutan
"Too much lip” romanı Avstraliyanın ən zəngin ədəbiyyat fondundan ayrılan 60000
dollar məbləğində mükafatına da layiq görülüb.

Xanım
Lukaşenko "HuffingtonPost” dərgisinə açıqlamasında deyib: "Həqiqət haqqında
danışırmış kimi davranıb, həqiqəti danışmamaq dövrün trendidir. Bəlkə, trendə
uyğun olmadığı üçün münsiflər onu "riskli” kimi dəyərləndirmişdi. "Ağ adam”
sinfinin çoxdandır dünyanın idarəçisi olmadığı, indi dünyanın qaradərililərin
və qıyıqgözlülərin ixtiyarında olduğunu iddia edib, bunun üzərində hekayə
yaratmış və həqiqəti addım-addım nümayişə çıxarmışam. Mən ədəbiyyatın başqa
formasını bilmirəm. Bu kitab həyatımın 8 illik araşdırması, 2 illik gərgin yazı
dövrü hesabına ərsəyə gəlib. Layiq olduğu yeri münsiflər verməsəydi də, oxucu
verəcəkdi. Müsabiqədən qalibiyyət gözləmirdim, məqsədim tanınmaq idi. Amma
etiraf edim ki, həyatda ən çox gözlənilməyən sevinc, uğur unudulmur”.
Mükafat
Sindeydə təntənəli mərasimlə təqdim olunub.
"Həyat
yaşadıqlarımızın yox, seçimlərimizin hekayəsidir”
Elcan Salmanqızı