Biz imzaları yox, əsərləri dərc edirik...

Məşhur rejissorun itmiş ssenarisi tapılıb
498
17 İyul 2018, 17:24
 Məşhur rejissor Stenli Kubrikin itmiş ssenarisi tapılıb.
 AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, məşhur rejissorun ssenarisini illər sonra ssenari yaradıcılığı üzrə ekspert, professor Natanom Abrams tapıb.
 

 
 Professor 100 səhifəlik ssenarinin məşhur alman yazıçı Stefan Svayqın "Dəhşətli sirr” hekayəsi əsasında yazıldığını və bunun üzərindən 60 il keçdiyini iddia edir: "Bu, əməlli-başlı ssenaridir, film çəkilişləri üçün tam başa çatıb. Müasir kinematoqrafçılar üçün materialdır”.
 Qeyd edək ki, Stenli Kubrik filmlərində tarixi və fantastik mövzulara müraciət edir, müharibə və militarizm əleyhinə çıxırdı. Onun ssenarisi əsasında "Spartak”, "Parıltı”, "Qətl”, "Lolita” və digər filmlər çəkilib. Sonuncu filmi ("Geniş bağlanmış gözlərlə”) 1999-cu ildə çəkilib. Kubrik haqqında 2001-ci ildə sənədli film ekranlaşdırılıb.