Biz imzaları yox, əsərləri dərc edirik...

Məryəm Ələkbərlinin yeni kolleksiyası Fransada
85
20 May 2019, 10:00
 Azərbaycanlı rəssam Məryəm Ələkbərlinin 25 əsərdən ibarət "Şərq nağılları” adlı yeni kolleksiyası Fransada 3 Müasir İncəsənət sərgisində ardıcıl olaraq nümayiş olunacaq.

 AZƏRTAC xəbər verir ki, gənc rəssam Məryəm Ələkbərlinin yeni kolleksiyası əvvəlcə mayın 24-dən 26-dək Parisdə Luvr muzeyinin Karrusel salonunda, mayın 30-dan iyunun 2-dək La Baule şəhərinin Alantia Konqres Sarayında, iyunun 8-dən 10-dək isə Biaritz şəhərində "Casino Barriere”də təşkil olunacaq "Art Shopping” sərgisində nümayiş ediləcək.
 Qeyd edək ki, Məryəmin əsərləri məşhur sənətsevərlərin kolleksiyalarını zənginləşdirir. Fransız aktyoru J.Depardyenin kolleksiyasında gənc rəssamın ümumilikdə 7 əsəri yer alıb.