Biz imzaları yox, əsərləri dərc edirik...

Merlin Kukla Teatrı Bakıda “Heç kimin torpağı” adlı tamaşa ilə çıxış edəcək
259
18 Oktyabr 2018, 10:55
  Merlin Kukla Teatrının yaradıcı heyəti noyabrın 9-da Azərbaycan Dövlət Kukla Teatrında "Heç kimin torpağı" adlı kukla tamaşası ilə çıxış edəcək.
 
 
 
 


  AZƏRTAC xəbər verir ki, "M.A.P Festival Baku” çərçivəsində nümayiş olunacaq tamaşanın rejissor Dimitris Stamudur.
  Qeyd edək ki, Merlin Kukla Teatrının əsası Afinada 1995-ci ildə Dimitris Stamu və Demi Papada tərəfindən qoyulub. Hazırda Almaniyada yaşayan bu ailə duetinin tamaşaları müxtəlif kukla texnikalarının kombinasiyasını, o cümlədən marionetkalar, stolüstü kuklalar, predmetlər, optik effektlər və kölgə teatrını əhatə edir.