Artkaspi.az saytı Vərağa Almaslının "Mərifət
İnciləri sərraflarına uğurlar” adlı yazısın təqdim edir:
Ədəbiyyatla irfanın əlaqəsi həmişə
olmuşdur. Heç totalitar sovet rejimi də bu əlaqəni tam qıra bilməmişdir. Ən azı
Əliağa Vahidin müasirlik, çağdaşlıq qutusunda qablaşdırdığı bəzi-bəzi dərin mətləblər onun qəzəliyyatının
künc-bucağından boy göstərmişdir. Bunu ona görə deyirik ki, 2020-ci ilin
sonunda öyrəşmədiyimiz təqdimatda bir dərginin işıq üzü gördüyündən soraq
tutduq.Dərgi "Mərifət inciləri” adlı ədəbi-irfani rüblük məcmuədir. Bütün
jurnallar,adətən, ictimai-mədəni,ədəbi-ictimai,elmi-ədəbi və s. şəkildə təqdim
edilir. Ancaq "Mərifət inciləri”nin özünü"ədəbi-irfani”deyə tanıtması bu söz-sənət
toplusunun ədəbiyyat aləminə özünəməxsus iddia iləqədəm basdığını göstərir.
Vahid necə deyirdi:
Şairlər içrə sanma hünərsizdi Vahidi,
Vahid nə olsa da, yenə, bil, iddiası var.
Könül istəyir və biz də inanırıq ki, dərginin
bu yolda atacağı addımlar çox sərrast olacaq.Topluda gedən yazılardan bu elə
indidən görünür.

Dərgi özünün söz-sənət sanbalı və şəxsiyyət
çəkisi ilə ədəbi ictimaiyyətdə və dini cameədə kifayət qədər hörmət qazanmış
Seyyid Ümminin, yəni Cəsur Narinin mübarək Fatihə surəsi iləbağlı açıqlaması ilə
açılır. Bu açıqlamanı ənənəvi təfsirlərdən ayıran başlıca cəhət odur ki, genişbir
ədəbiyyatçı dəstəsinin ustadı olan bu seyyid surədəki "iyyakə nəbudu və iyyakə
nəstəin” ayəsiətrafında yüzlərlə müfəssirin baş sındırdığı tilsimi öz çəlimsiz
bədəninin timsalında sındırmağıbacarmışdır. Yeri gəlmişkən, üstündən keçməyək
ki, bu uğurlu cəsarət sonrakı yazılarda da özünütam göstərir. Dərginin
redaktoru AMEA-nın doktorantı Rüstəm Hacıyevin Füzuli haqqındakıyazısını qeyd
edə bilərik.
Lap açığı,bu sətirlərin müəllifi də
füzulişünas olduğuna görəözü də ömür boyu "ədəbiyyatvə din”problemi, "Füzuli və
İslam” mövzusu üzərində otuz ilə yaxın çalışdığı üçün Rüstəm qardaşımızın
üslubundakı sərtlik,az qala ironiyaya,sarkazma çatan sərtlik təzə-təzə bizi də
rəncidəetdi. Əlbəttə, mən demirəm ki,Rüstəm bütün fikirlərində haqlıdır, ancaq
onun Füzulini övliya kimisəciyyələndirməsi bu cavan araşdırıcının adamı onun bütün
başqa fikirlərinə də,müsbətyanaşmağa sövq edir; yəqin elə cavanlıqda biz də belə
olmuşuq.Lakin ədalət naminə deyilməmişqalmasın ki,Rüstəm bu yazısında nə qədər çılğındırsa,Seyyid
Cəmaləddin Təbrizi haqqındakıyazısında sanki qoca bir müdrikə çevrilmişdir.
İrfanilik jurnalın struktur və kompozisiyasındada özünü bütün
aydınlığı və genişliyi iləbüruzə verir. Ötəri deyildir ki,toplu orta əsr əlyazmaları
kimi minacat və nətlə başlayır.Belə ki,gənc şair və tərcüməçi Seyyid ƏsrininŞeyx
Fəridüddin Əttarın "Əsrarnamə” əsərinin ilk iyirmibir beytini öz vəznində (əruzun
həzəc bəhrinin məfAİlün-məfAİlün-fəUlun növündə) çox ustalıqla dilimizə çevirməyi
bacarmışdır.Yeri gəlmişkən bildirim ki, mən çağdaş filologiyada NəzakətMəmmədlinin
bir məqaləsindən başqa bu əsər barəsində ayrı sanballı yazı görməmişəm.
Nət şeir növünə gəlincə: onu topluda gənc
şair Əşrəf Fəxrinin "sənə” rədifliqəzəl-nətitəmsil edir.
Ey mürüvvət mətləbin tə’lim edən
Ustadi-eşq,
Əbri-ğeybətdən nəhayətsiz yağır hikmət sənə.
Səndən özgə bunca zülm ilə şəfaət babı
yox,
Bir nəfəstək talib olmuş can verən ümmət
sənə.
Ey tutan səmti-Mədinə, möhnətin gör Fəxrinin,
Ərzi-hal et Əhmədi-Muxtarə, bir zəhmət sənə.
Füzulinin Peyğəmbərə məşhur:"Fəsad əhli
cəhanə buraxdı yüz fətərat,Qiyamət oldu, nəyatmaq məcalidir, dur, otur!” xitabı
ilə yaxından səsləşən bu parçada şair Həzrəti Mühəmmədin(s)dərin insansevərlik,
parlaq məhəbbət mücəssəməsi, yüksək elmlilik və əlçatmaz mərifətmənbəyi olma,tükənməz
şəfaət,bəşəriyyətin böyük rəğbətini qazanma,milyonların ziyarətgahınaçevrilmə
kimi ali məziyyətlərini şirin və həzin biçimdə öz məna-məzmun çevrəsində birləşdirir.
Klassik ədəbiyyatın özündə belə çox az
işlənən tərcibənd şeir şəkli topluya keçmişləgələcəyin arasında bir körpü olma
keyfiyyətini qazandırır. Emin Həvayinin tərcümə etdiyi XVIII əsrin
ikinciyarısında yaşamış lirika ustası Seyyid Hatif İsfəhaninin məşhur tərcibəndi
çoxgözlənilməz bir biçimdə və dedikcə də tendensiyalı bir şəkildə türkizmlərlə
– əski Azərbaycansözləri ilə dolub-daşır. Doğrudur, bu, ilk baxışdan qulağa çox
xoş gəlir;hər şeydən öncəona görəki, dilimizin arxaik leksemlərinin klassik
kitab üslubu ilə üzvi uyarlığı təsiri bağışlayır, ancaqçalışmaq gərəkdir ki,
bunu qədərində edəsən, bununla belə, gənc Eminin tərcüməçilik ustalığıözünü
aydın büruzə verir. Seyyid Əsri kimi o da şeiri öz vəznində (əruzun xəfif bəhrinin
fəilAtün-məfAilün-fəulun növündə) dilimizə çevirmişdir.
Məhəmməd Nurinin "Ver sözə ehya” rubrikasındakıyazısı
dərgi yazarlarının əskiAzərbaycan sözlərinə meylinin ötəri olmadığını, əksinə,
dərin və geniş bir dünya görüşündən irəligəldiyini söyləməyə yol açır.Beləki, gənc
filoloq yazıda"sayru”, "əsrük”, "yarğu”, "biliş”, "güz”kimi arxaizmləri birər-birər
bəhs mövzusuna çevrirərək onların leksik-semantik təbiətini üzəçıxarmış, irəliləmə
və geriləmə mərhələlərini ortaya qoymuşdur.
Məhəmmədin bu yazısı mənə bir qırx il
qabaq "sayru” sözü haqqında yazdığım birməqaləni xatırlatdı.Yeri gəlmişkən, mən
gənc araşdırıcıya mərhum anamın dilindən tez-tezeşitdiyim "Uşaqlığın nə idi
ki,sayırlığın da nə ola?” və qızdırmalı uşaqların sayıqlaması ilə
bağlı"sayır-bayır demək” folklor vahidlərini də araşdırmağı tövsiyə edərdim.Çünki
bu kül içində közkimi alt qatda qalmış Bakı folklorunu elmi dövriyyəyə gətirməyə
təkan verərdi. Digər tərəfdən,mərhum İsrafil Abbasovun "Azərbaycan folkloru XIX
əsr erməni mənbələrində”monoqrafiyasında bir erməni şairinin eyni bir şeirdə
"sayru” sözünü iki dəfə işlətdiyini də,AsyaMəmmədovanın əlyazmaların haşiyələrindən
toplayıb 1977-ci ildə çap etdirdiyi "Bayatılar”kitabında dörd yerdə bu doğma
sözümüzün işləndiyini də yaxşı xatırlayıram.
Azərbaycanda xəlqi-mədəni düşüncənin və
bədii-estetik duyumun formalaşmasında
vaxtıikən ölkənin ən müxtəlif yerlərində fəaliyyət göstərmiş ədəbi məclislərin
yeri və çəkisidanılmazdır. Çox xoşdur ki, jurnaldakı rublikalardan biri "Vəfa ədəbi
məclisi” adlanır. Bu adqətiyyən şərti səciyyə daşımayıb, konkret məqsəd və məramnaməsi
olan "Vəfa” ədəbi məclisinin fəaliyyətinin işıqlandırılmasına yönəldilib.Burada
inişil Bakının Binə qəsəbəsində AMİN(Azərbaycan Milli İnkişafı Naminə)
ictimaibirliyinin klassik irsə dərin sayğı və qayğı ilə keçirdiyi"Dili pürqüssə
Nişat” (Şirvanın könül ərlərindən olan qəlbi qəmlərlə dolu Nişat Şirvani) adlı ədəbi xatirə yığnağında
oxunan təxmis və nəzirələrdən nümunələr verilmişdir. Bütün nümunələrin eynibir
qəzələ yazılmasının özü də məclis üzvlərinin poetik ustalığından soraq verir. Mən
bunu həmintədbirin çıxışçısıkimi deyirəm. Seyyid Əsri ilə Rüstəm Hacıyevin
oxuduqları təxmislər və Alim Mühriq ilə Məhəmməd Nurinin söylədikləri nəzirələr
danılmaz biçimdə sübuta yetirir ki, klassikkitab üslubunun assosiativ duyğu və
düşüncə aləmi bəzilərinin "gül-bülbül”, "şəm-pərvanə”ədəbiyyatı adlandırdıqları
epiqonçu şeirdən qat-qat yuxarıda duran yüksək bir mədəniyyət faktıdır.Çünki
bunda insanın içərisindən süzülüb gələn dəruni ilahi eşq özünün bütün coşqunluğu
iləkükrəyir.Məsələn,Nişat Şirvani deyəndə ki:
Surəti-halın demək aşiqə lazım degil,
Üz verə iqbal əgər, eşq özi surət verir,
o heç də indi dəbdə olub, ədəbiyyatçıların
dilindən düşməyən zəmanədən giley etmirdi,əksinə,Nişat burada ulu şərq fəlsəfəsindən
gələn hüsn-eşq münasibətlərindən danışır,gözəlliyin özünün sevgini
formalaşdırdığını demək istəyir.Seyyid Əsri şairin bu səciyyələndirməsini
Hali-dilim ey soran, şərh edəməz anı dil,
Əhli-dilin halını anlamalı əhli-dil,
Surətimə sal nəzər, halımı dərhal bil,
"Surəti-halın demək aşiqə lazım degil,
Üz verə iqbal əgər, eşq özi surət verir”
kimi dəyərləndirdiyi halda,
Rüstəm Hacıyev isə:
Dərdü məlalin demək aşiqə lazim deyil,
Nəqsü kəmalin demək aşiqə lazım deyil,
Qaməti-dalın demək aşiqə lazım deyil,
"Surəti-halın demək aşiqə lazım degil,
Üz verə iqbal əgər, eşq özi surət verir”
şəklində mənalandırır.Bu sənətkarlıq
xüsusiyyəti nəzirələrdə də müşahidə olunur:
Ey gözü bimar çün güzgüsüdür göz dilin,
İllətinə könlümün çeşmin işarət verir.
(Məhəmməd Nuri)
Eşq oduna kim yanır, surəti-insan alır,
Yanmasa fulad gər, kim ona surət verir?
(Alim Mühriq)
Çox yaxşı haldır ki,jurnalda qədim ədəbiyyatşünaslığın
çox az öyrənilmiş fənlərindən biriolan poetik "tövzi” sənəti haqqında da geniş
bir yazı getmişdir.Nahaq yerə deməyiblər ki, yanlışda bir naxışdır. Seyyid
Əsrinin qələmindən çıxan və onu bir filoloq kimi də qəbul etməyə imkanverən bu
bölmənin başlığı əslində Füzuli misrasından iqtibasən "Şe’r bir zivərdir”
olmalı imiş,lakin "Şe’r bir zirvədir” rubrikası poeziyanı zirvəyə qaldıran
başlıca amilin məhz zivərdən, yəniassosiativ-estetik duyumdan,düşüncədən ibarət
olduğuna işarə kimi anlaşıldığına görə bir o qədərdə yersiz görünmür.Necə deyərlər,
dil çaşıb düzünü deyər.Bunu deməkdə məqsədimiz odur ki,oxucular növbəti saydan
bu bölməni "Şe’r bir zivərdir” adı ilə gördükdə təəccüblənməsinlər.
Ədalət naminə vurğulamalıyıq
ki,filoloqlarımız alliterasiya və assonans terminlərini çoxişlətmələrinə
baxmayaraq, hələki, ortaya bu barədə sanballı araşdırma qoyulmamışdır.Odur ki,özünün
faktoloji və filoloji doluluğu ilə seçilən bu məqalə bu qədim poetik vasitəhaqqındayazılmışyeganə
araşdırmadır. Klassik yazı üslubunu, nəyin bahasına olursa-olsun, qoruyub
saxlamağa çalışan, ancaq hərdən nələrinsə xatirinə bunu qurban verməyi də
bacaranmüəllif,ümid edirik ki, bu yöndəki tədqiqatını bundan sonra da davam
etdirəcəkdir.
Jurnalı tərtibat baxımından daha da nəfis
edən və bu kiçik toplunu böyük hikmət qaynağınaçevirən cəhətlərdən biri də "mərifət
incisi” adı ilə verilən həssas və həzin dini-fəlsəfi və tarixi bilgilərdir,biri
o birindən maraqlı qissə və mənqəbələrdir.Başqa belə bir cəhət isə mərifətincidüzənlərinin
ustadı olan Cəsur Narinin dillər əzbərinə çevrilmiş şeirinin dərginin sonunda
yeralaraq bu yeni topluda gedən yazıların yekun sözü kimi səslənməsidir:
Hər aldığın nəfəs sənə Həqqin ətasıdır,
Vermə həvayə, bil ki, hesabın Xuda çəkər.
Ey sirri-qeybi kəşf eləyən, açma kimsəyə,
Məşhurdur, dil olsa uzun, baş bəla çəkər.
Miskin, yetim, fəqir qəribəm, Nari, gözlərəm
Ki, könlüm almağa mənə baş Mürtəza çəkər.
Biz mərifət incilərini incələmək istəyən
bu gənc ədəbiyyatçılar dəstəsinə axırıncı yox, axarıncı olsun deyirik.
Tapmadı, Vahid, hələ heç kəs bu xəttin
sahibin:
"Qaldı bu dünya evi divanədəndivanəyə”.