Biz imzaları yox, əsərləri dərc edirik...

“Mənəm, mən...” tamaşasının növbəti dəfə nümayişi
84
31 May 2020, 10:09
 Azərbaycan Dövlət "Yuğ” Teatrının yaradıcı heyəti görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş "Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə teatrsevərlərin ixtiyarına verib.
 AZƏRTAC xəbər verir ki, "Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dram kimi təyin edilib.
 
 

 Sənət ocağının sosial şəbəkədəki hesablarında onlayn təqdim edilən səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış ediblər.
 Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
 Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.