Biz imzaları yox, əsərləri dərc edirik...

Məmməd İsmayıl beynəlxalq mükafata layiq görülüb
1271
26 May 2018, 12:07

 

   22-24 may tarixlərində XX əsr Alban şeirinin klassiki Azəm Shkrelinin şərəfinə XVI beynəlxalq şeir festivalı keçirilmişdir. Festival çərçivəsində Amerika, Rumıniya, Yunanıstan, Makedoniya, Türkiyə, Albaniya və digər ölkələrdən gələn altmışdan çox şair oxucularla görüşüb, Kosovada alban dilində çap olunan kitablarını imzalayıblar. Dünya şeir festivalında Azərbaycanı Məmməd İsmayıl, Türkiyəni  isə Ataol Bəhramoğlu təmsil etmişdir.

 

 


 

   Qeyd edək ki, üç ay öncə Məmməd İsmayılın Brüsseldə Alban dilində "Unudulmaq növbəsi” adlı şeirlər kitabı çap edilmişdir. Kitab qısa zaman içərisində Albaniya və Kosova da böyük maraqla qarşılanmış, haqqında Alban dilində məqalələr dərc olunmuşdur. Kitabı çağdaş albandilli ədəbiyyatın önəmli təmsilçilərindən sayılan şair Jeton Kelmendinin təşəbbüsü ilə Kosovada yaşayan türkəsilli Shengyl Kelmendi tərcümə etmişdir
  "Unudulmaq növbəsi” beynəlxalq şeir festivalında  "Azəm Shkrelit beynəlxalq ədəbiyyat mükafatı” qazanmışdır. Diplomda yazıldığı kimi Məmməd İsmayıl bu mükafata dünya ədəbiyyatına verdiyi töhfələrə görə layiq görülmüşdür.

  Kosova Mədəniyyət və Turizm nazirliyinin təsis etdiyi bu mükafat əsərləri Alban dilinə tərcümə edilən və beynəlxalq aləmdə fərqlənən və tanınan sənətkarlara verilir. Sevindirici haldır ki, Beynəlxalq Kosova Şeir Festivalında iştirak edən altmışdan artıq şair arasında bu mükafat Azərbaycan ədəbiyyatının təmsilçisinə verilmişdir.