Biz imzaları yox, əsərləri dərc edirik...

Məktəblilərin Respublika Uşaq Kitabxanasına ekskursiyası
407
14 Fevral 2020, 09:33
 Fevralın 13-də, Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər.
 AZƏRTAC xəbər verir ki, uşaqlara kitabxanada təşkil olunmuş kitab sərgiləri və elektron kitabxana ilə bağlı məlumat verilib.
 
 

 Məktəblilər müəssisənin bütün şöbələrində olub, kitabların oxuculara verilməsi qaydası ilə bağlı informasiya əldə ediblər.
 Sonra uşaqlar nağıl otağında Azərbaycan nağıllarını dinləyib, onları müzakirə ediblər.
 Kiçik oxu zalında danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablar, disk və pazllarla tanış olublar.
 Məktəblilər kitabxanadan xoş təəssüratla ayrılıb.