Biz imzaları yox, əsərləri dərc edirik...

Məktəb şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası
191
19 Noyabr 2019, 11:34
 Binəqədi rayonunda yerləşən 244 nömrəli tam orta məktəbin şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər.
 
 

 AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış edib, kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verib. Uşaqlar kitabxananın şöbələrində olub, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə ediblər.
 
 

 Məktəblilər Azərbaycan nağıllarını dinləyiblər, müasir nağıllarımızı müzakirə ediblər. Kiçik oxu zalında məktəbin müəllim və şagird kollektivi danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər və pazllarla tanış olublar.
 Şagirdlər kitabxanadan böyük sevinclə ayrılıblar.