Biz imzaları yox, əsərləri dərc edirik...

“Medeya. Sekvensiya 001” tamaşasının nümayişi
341
18 Noyabr 2019, 11:08
 Azərbaycan Dövlət "Yuğ” Teatrının repertuarında populyar tamaşalardan olan "Medeya. Sekvensiya 001” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına verilib.
 Teatrdan AZƏRTAC-a bildirilib ki, Vladimir Klimenkonun "Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

 Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa ediblər. A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.
 Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.