Biz imzaları yox, əsərləri dərc edirik...

Maya Bağırovanın "Paris" fotosərgisi
280
12 Aprel 2019, 15:30
 Azərbaycanda Frankofoniya Həftələri çərçivəsində "Art Tower" qalereyasında, məşhur fransız jurnalı "Paris Match"ın əməkdaşı, azərbaycanlı fotoqraf Maya Bağırova "Paris" layihəsinin 22 əsərini sərgiyə çıxaracaqdır. Fransa Səfirliyindən Kaspi.az-a verilən məlumata görə, bu sərgi Fransanın Azərbaycandakı Səfirliyinin və Azərbaycanda Fransız İnstitutunun "Art Council Azərbaycan" təşkilatı ilə əməkdaşlığı çərçivəsində bir təşəbbüsüdür.
 

 Qeyd edək ki, Maya Bağırova Bakıda anadan olmuş azərbaycanlı sənətkardır. O, fotoqraf kimi Muğam Mərkəzində işləməyə başlayıb. 2016-cı ildə Parisə köçüb və 2017-2019-cu illərdə təhsilini "Paris Match" jurnalınının tərəfdaşı olan "Spéos" məktəbində davam etdirib. O, 2018-ci ildə məşhur Paris Match-ın tələbərlər üçün təsis edilən Grand Prix mükafatının qalibi olub və bu həftəlik jurnalda fotoları dərc olunan ilk azərbaycanlıdır.
 Azərbaycanda ilk dəfə təqdim olunacaq "Paris" sərgisi Maya Bağırovanın tanımadığı və dilini bilmədiyi paytaxtda bir əcnəbi kimi ilk təəsüratlarını başqa bir formada təqdim edir. Bu sərgi vasitəsi ilə Paris şəhəri haqqında azərbaycanlı bir fotoqrafın şəxsi baxışlarını kəşf edə, Fransanı Azərbaycanda görə biləcəksiniz.
Sərginin açılışı 14 aprel, saat 19.00-da "Art Tower" qalereyasında (Art Tower, Kicik Qala 105)
baş tutacaq. Sərgi aprelin 16-dan 24-nə qədər davam edəcək.