Biz imzaları yox, əsərləri dərc edirik...

Mahmud Kaşqari mükafatı təqdim edildi
629
19 Yanvar 2018, 16:02
  Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən verilən "Mahmud Kaşqari Xidmət Medalı”na bu il Türk Ədəbiyyatı Vəqfinin sədri Serhat Kabaklı layiq görülüb. Kabaklıya bu mükafat Türk Ədəbiyyatı Vəqfinin Sultanəhməddə yerləşən mərkəzində, Fondun rəhbəri Elxan Zal Qaraxanlı tərəfindən təqdim edilib. 
 
 
 
 

 Fond rəhbəri 10 ildir fəaliyyət göstərdiklərini və müxtəlif sahələrdə kitablar nəşri etməklə yanaşı, müntəzəm olaraq konfranslar keçirdiklərini diqqətə çatdırıb. Ödülün hər il Türk dünyasında fikir, sənət və ədəbiyyat sahəsində fəaliyyət göstərən qurumlara və ayrı-ayrı şəxslərə verildiyini bildirib, həmçinin əlavə edib ki, fond dünyada daha çox Mahmud Kaşqari mükafatı ilə tanınır.
 Türk Ədəbiyyatı Vəqfinin Sədri Serhat Kabak çıxış edərək bu hadisənin onun üçün çox qürurverici olduğunu söyləyib. Ödülü qardaşları Əhməd, Sərvət və Əsəd Kabaqlı adına aldığını vurğulayan Kabak bildirdi ki, "Türk Ədəbiyyatı Vəqfi 40 ildir ki, mədəniyyət, incəsənət, ədəbiyyat və fikir həyatımıza töhfə verməyə çalışır: "Başqanı olduğum Vakfa Türk dünyasının ən nüfuzlu mükafatlarından birinin verilməsi, bizə sevinclərin ən böyüyünü yaşatdı. M.Kaşqariyə və onun izi ilə gedənlərə hörmətimiz böyükdür”.

Xəbər lenti