Biz imzaları yox, əsərləri dərc edirik...

Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
390
19 Fevral 2020, 11:41
  Macarıstanın paytaxtında yerləşən məşhur "Urania” kinoteatrında Azərbaycan Kinosu günlərinin açılış mərasimi keçirilib.
  AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.
  Açılış mərasimində "Urania” kinoteatrının direktoru Botond Elekeş, Macarıstanın İnsan Resursları Nazirliyinin dövlət katibinin müavini Zoltan Lorintsi, Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, "Nar bağı” filmində baş rolun ifaçısı aktyor Qurban İsmayılov çıxış ediblər.
  Çıxışlardan sonra "Nar bağı” filmi nümayiş etdirilib.
 
 

  Azərbaycan Kinosu Günləri fevralın 22-dək davam edəcək. Budapeştlə yanaşı, filmlərin nümayişi Peç və Seqed şəhərlərində də keçiriləcək.
 
 

Xəbər lenti