Biz imzaları yox, əsərləri dərc edirik...

London Kitab Yarmarkasında nələr oldu?
262
23 Aprel 2018, 13:48
  Ötən həftə dünya ədəbiyyatının böyük həvəslə izlədiyi London Kitab Yarmarkası nüfuzuna yaraşan təntənə ilə yekunlaşdı. Builki yarmarka feminist hekayələrin fırtınası ilə yadda qaldı. Yarmarkada qadın yazarların kitablarına, stendlərinə böyük maraq olub. "Guardian”-ın məlumatına görə, 2019-2020-ci illərdə həvəslə oxuyacağınız kitabların siyahısı da artıq nəşriyyatlar tərəfindən açıqlanıb. Yarmarka ilə bağlı ətraflı dərginin "A roundup of London book fair” başlıqlı yazısında tanış ola bilərsiniz. Biz isə böyük oxucu marağı görəcək kitabları paylaşırıq.
 
 

 ·   JRR Tolkien – "Qondolinin süqutu” ("Fall of Gondolin”)
 ·   Selli Runi – "Sıravi insanlar” ("Normal people”
 ·   Ottolenqi – "Sadə” ("Simple”)
 ·   Ziauddin Yusafzay – "Eşq mənə nə öyrətdi” ("What love teaches me”)
 ·  Conas Conasson – "100 yaşlı adamın macəraları” ("The accidental further adventurer of the hundred year old man”)
 ·   Janet Uinterson – "Frankşteyn” ("Frankistein”)
 ·   Maks Porter – "Lenni” ("Lanny”)
 ·   Merilin Robinson – "Adsız roman” ("Unnamed novel”)
 ·   Kris Frantz – "Eşqi seçmək” ("Remain in love”)
 ·   Conatan Ko – "Mərkəzi İngiltərə” ("Middle England”)

     Hazırladı: Elcan Salmanqızı
Xəbər lenti