Biz imzaları yox, əsərləri dərc edirik...

Ölkəmiz beynəlxalq musiqi festivalında
90
22 Oktyabr 2020, 14:29
 Bu ayın sonunda ölkəmizin də iştirak edəcəyi beynəlxalq musiqi festivalı keçiriləcək. Koronavirus pandemiyası səbəbindən festival onlayn çəkildə reallaşacaq.
 Bu barədə AZƏRTAC-a Əməkdar artist, xanəndə Qoçaq Əsgərov məlumat verib.
 
 

 Onun sözlərinə görə, xanəndə özü Ukraynanın təşkil etdiyi bu festivalın münsiflər heyətində təmsil olunacaq.
"Münsiflər heyətinin rəhbəri "Eurovision-2004”ün qalibi Ruslandır. Artıq bizim iştirakçılar Almaxanım Əhmədova və Kamran Məmmədovun lentə alınan ifaları festivala təqdim olunub. Azərbaycanlı iştirakçıların adı festivalda "Qarabağın təmsilçiləri” olaraq qeyd olunub. Təşkilatçılarla söhbət zamanı onlar məni qabaqladılar və bildirdilər ki, "bu yarışmada Ermənistan adlı ölkə iştirak etməyəcək”, - deyə Qoçaq Əsgərov bildirib.
 Qeyd edək ki, festivalda seçilən ifaçılar gələn il Monteneqroda keçiriləcək festivala dəvət alacaqlar.
 Məlumat üçün bildirək ki, sözügedən festivala Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarusiya, Ruminya, Moldova, Albaniya, Latviya və digər ölkələr təmsil olunacaq.