Biz imzaları yox, əsərləri dərc edirik...

“Korreksiyaedici sinif” filmi “Artım”da
238
11 Sentyabr 2019, 09:47
  Bu gün "Artım” layihə məkanında rusiyalı rejissor İvan Tverdovskinin ekranlaşdırdığı "Korreksiyaedici sinif” filmi nümayiş olunacaq.
  AZƏRTAC xəbər verir ki, "Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində təqdim olunacaq ekran əsəri "bullinq” mövzusundadır.
 
 

  Xronometrajı 98 dəqiqə olan film əlil arabası ilə hərəkət edən Lena Çexova haqqındadır. O, uzun müddət ev şəraitində təhsil aldıqdan sonra, orta təhsilini davam etdirmək üçün, onun kimi müxtəlif əlilliyi olan uşaqların oxuduğu xüsusi məktəbə təyin edilir. Filmin qəhrəmanları ilk sevgi hisslərini keçirməklə yanaşı, həm də həyatda ilk dəfə ətraf dünyanın qəddarlıqları ilə qarşılaşır...
  Film rus dilində nümayiş ediləcək ekran əsərinə saat 19.00-da göstəriləcək.