Biz imzaları yox, əsərləri dərc edirik...

Kitabxanada Nəsimi yaradıcılığına həsr olunan növbəti tədbir
447
13 İyun 2019, 17:25
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının əməkdaşları 38 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Zərrə mənəm...” adlı dəyirmi masa təşkil ediblər.
 
 

 AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın metodisti İradə Hüseynova böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin kitabxanada silsilə tədbirlərlə qeyd edildiyini diqqətə çatdırıb.
 Tədbirdə çıxış edənlər Nəsiminin Azərbaycan ədəbiyyatında tutduğu yerdən danışıb, onun zəngin yaradıcılığından söhbət açıblar.
 Sonra şagirdlər Nəsiminin qəzəllərini söyləyiblər.