Biz imzaları yox, əsərləri dərc edirik...

“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi davam edir
487
09 Aprel 2020, 11:15
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) "Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində "Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan sair və yazıçılar öz yeni yazdığı əsərlərini təqdim etməkdə davam edir.

 İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana bu virusa qalib gəlmək, yoluxma riskini azaltmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının #Evdəqal çağırışına dəstək olaraq oxuculara evdə qalmağı tövsiyə edərək, virtual xidmət edir.
Bu dəfə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova aksiyaya qoşularaq öz şeirlərini təqdim edib.