Biz imzaları yox, əsərləri dərc edirik...

Kitab və müəlliflik hüququ gününə həsr olunan sərgi
267
23 Aprel 2019, 11:33
 Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Bu məqsədlə aprelin 23-də Milli Kitabxanada "23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür” adlı geniş kitab sərgisi açılıb.
 
 

 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş dünya ədəbiyyatı nümayəndələrinin əsərləri, müəlliflik hüququ ilə bağlı kitablar və qəzet-jurnal materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.