Biz imzaları yox, əsərləri dərc edirik...

Kitab qiymətləri və cinsiyyət ayırımı
141
17 May 2018, 18:20
  "Washington Post” da ədəbiyyat və kitab bazarını təəccübləndirən bir araşdırma yer alıb. 
 
 
 
  Belə ki, Amerikada aparılan bu araşdırma göstərib ki, qadın yazarların kitabları kişi yazarlarınkı ilə müqayisədə daha aşağı qiymətlə satışa çıxarılır. İctimai cinsiyyət ayırımının hər sahədə olduğu kimi ədəbiyyat dünyasında da hökm sürdüyü həqiqəti ilə barışmaq nə qədər çətin olsa da, bir o qədər də gözlənilən nəticədir. "New York Queens College”də aparılan araşdırma seksual qeyri-bərabərliyin göstəricilərini rəqəmlərlə ifadə edib. 
  Sosioloq Dana Bet Ueynberq və riyaziyyatçı Adam Kapelnerin rəhbərlik etdiyi araşdırmada Şimali Amerikadakı kitab satışları əsas götürülüb. 2002-2012-ci illərdə işıq üzü görmüş 2 milyondan çox kitabın qiyməti nəzərdən keçirilib. Əsas yayım evlərində dərc olunan kitabların müqayisəsi nəticəsində məlum olub ki, qadın müəlliflərin əl işləri rəqiblərinin kitabları ilə müqayisədə 45% ucuz qiymətlə satışa çıxarılır. Bəzi janrlar üzrə qadın müəlliflərin sayca çox olması, bestseller siyahılarına başçılıq etmələri faktları belə nəzərə alındıqda bu rəqəm 29-31% arasında dəyişir.
  Araşdırmanın rəhbəri Ueynberq "Guardian”a verdiyi açıqlamada ayrı-ayrı janrlar üzrə bu rəqəmin azalıb-çoxaldığını deyib: "Amma hər halda dünyanı birlik, bərabərlik, hüquq bərabərliyi kimi mövzularda aydınladan bir sahədə belə bu göstərici nəzərəçarpandır”.
 Hazırladı: Elcan Salmanqızı
Xəbər lenti