Biz imzaları yox, əsərləri dərc edirik...

Kimdə nə çoxdursa... Avropa uşaq ədəbiyyatından
1682
29 Oktyabr 2020, 12:22

artkaspi.az Avropa uşaq ədəbiyyatından "Kimin nəyi varsa" nağılını təqdim edir:

 


 

Günlərin bir günü artıq daha yaxşı mənzərəsi olan bir yerdə yaşamağa qərar vermiş ağsaqqal bütün dövlətini yığıb, özünə gözəl bir malikanə alır. Lakin onun yeni qonşusu olduqca paxıl bir kişi olur. Paxıl adam yeni qonşusunun sakit və nikbin təbiətini, hamı ilə dərhal mehriban münasibətlər qurmasını həzm edə bilmir. Durmadan yeni ev sahibinin əhvalını korlayacaq işlər tutur. Gah zibilini onun darvazası önünə atır, gah küçəyə sallanan ağaclarını qırır.

Bir səhər yuxudan yenə yaxşı əhval-ruhiyyə ilə oyanan ağsaqqal eyvanına bir torba iyrənc heyvan yemi atıldığını gördü. O, qonşusu ilə əsla dalaşmaq niyyətində olmadığından torbanı boşaltdı, içini tərtəmiz yudu və bağındakı almaların ən qəşənglərini dərib torbaya yığdı. Paxıl qonşu qəfildən qapısının döyüldüyünü eşitdi və yeni qonşunun əhvalını nəhayət ki, korlaya bildiyinə sevinərək, qapını açmağa getdi.

Qapıya yüyürərkən yeni qonşunun artıq davaya gəldiyini düşünərək, ona verəcəyi cavabları götür-qoy da edir. Lakin qapıda onun heç gözləmədiyi səhnə əmələ gəldi. Yeni qonşu bir torba almanı gülümsəyərək ona uzatdı və dedi: "Kimdə nə çoxdursa, onu paylaşar” – dedi.

 

 

 İngilis dilindən tərcümə edən: Elsan Salmanqızı