Biz imzaları yox, əsərləri dərc edirik...

Kaspi Təhsil Şirkətindən növbəti xoş addım
192
21 Yanvar 2021, 10:15
 Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə Kaspi Təhsil Şirkəti növbəti dəstəyini göstərib. Hal-hazırda bütün müəssisələrində xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyətini distant (məsafədən) davam etdirən Kaspi Təhsil Şirkəti Prezident İlham Əliyevin Fərmanı ilə yanvarın 4-də yaradılan  Qarabağ Dirçəliş Fonduna 10 000 (on min manat) ianə edib. Təhsil müəssisəsinin kollektivi ölkə başçısının məlum Fərmanında qeyd edildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin və ya qurumun göstərəcəyi dəstəyi tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə hesab edir.
 
 

 Xatırladaq ki, Kaspi Təhsil Şirkəti bundan əvvəl də Vətən Müharibəsi başlayanda ordumuzun müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Silahlı Qüvvələrimizin Yardım Fonduna 30 000 (otuz min manat), Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərilməsi məqsədilə yaradılan "YAŞAT” Fonduna 10 000 (on min manat) pul köçürüb.
 Kaspi Təhsil Şirkəti ənənəvi olaraq sosial məsuliyyətli prinsiplərə sadiq qalaraq ölkəmizdə həyata keçirilən bu cür xeyriyyə tədbirlərinə qoşulmağı, habelə işğaldan azad edilmiş ərazilərdə müasir və layiqli həyatın təmin edilməsində sosial həmrəyliyi zəruri hesab edir.