Biz imzaları yox, əsərləri dərc edirik...

"Kaspi" – maarifçilik meydanı" kitabının və artkaspi.az saytının təqdimatı
475
28 Fevral 2017, 12:53
  2017-ci il fevralın 17-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” maarifçilik meydanı” və artkaspi.az saytının təqdimat mərasimi keçirilib.
Mərasimini giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov əvvəlcə "Kaspi” qəzetinin yaranma tarixi haqqında məlumat verib. Bildirib ki, müxtəlif zamanlarda "Kaspi” qəzetində dərc olunan xüsusi buraxılışlar "Kaspi” maarifçilik meydanı” kitabında yer alıb. 
  Sonra "Kaspi” qəzetinin rəsisçisi, nəşrin layihəsə rəhbəri, kitabın ideya və "Ön söz”ünün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva nəşrlə bağlı fikirlərini bölüşüb: Kitabda 2013-2015-ci illərdə "Kaspi” qəzetində dərc olunan Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Tobçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer alıb. Kitabda əksini tapan yazılar Azərbaycanın maarifçilik tarixinin araşdıranlar üçün çox dəyərli mənbədir.
  Tədbir çərçivəsində "Kaspi”nin bütün saylarının elektron variantı Azərbaycan Milli Kitabxanasında saxlanılması üçün qurumun direktoru Kərim Tahirova təqdim edilib.
  Artkaspi.az adlı ədəbi-mədəni saytı haqqında da ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, 3 əsrin qəzeti adlandırılan "Kaspi”nin ənənələrini davam etdirən yeni portalda əsasən Azərbaycan mədəniyyəti, ədəbiyyatı haqqında silsilə materiallar yer alır. Portalın elektron kitab bölümündə Azərbaycan ədəbiyyatı ilə yanaşı, digər xarici ədəbiyyatlar, lüğətlər, antologiyalar, ensiklopediyalarla tanış olmaq mümkündür
 
Fotolar: Rufiq İsmayılov