Biz imzaları yox, əsərləri dərc edirik...

Kamran Əliyevin 10 cildlik əsərlərinin çapı başa çatdı
367
19 Fevral 2020, 11:53
  AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin 10 cildlik əsərlərinin son üç cildi nəşr edildi.
  Əsərlərin VIII cildi "Dərs vəsaiti” adlanır. Cildin elmi redaktoru və ön sözün müəllifi akademik Nizami Cəfərov, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır. Bu cild Azərbaycan dili və Ədəbiyyat üzrə dərs vəsaitlərini əhatə edir. Cildin sonunda əvvəlki cildlərə düşməyən "Orfoqrafiyanın qızıl qaydası”, "Nəsimi və mif”, "Maqsud Şeyxzadə və romantik bədii düşüncə” kimi məqalələr də daxil edilmişdir.

  Əsərlərin IX cildi "Rəylər, müsahibələr” adlanır. Cildin elmi redaktoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov, tərtib edənləri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Məmmədova, Gülnar İsmayılova və Nigar İmaməliyevadır. Bu cildə müəllifin rəsmi opponent olduğu dissertasiyalara aid rəyləri, mətbuat orqanlarında, Azərbaycan televiziyasının "Mühazirə”, "Ovqat”, "Zaman və məkan”, "Səhər” verilişlərindəki müsahibələri daxil edilmişdir. Eyni zamanda əvvəlki cildlərə əlavə kimi Vəli Məhəmməd Xoca Oğuznaməsi, "Danabaş kəndinin poetaikası” haqında olan tədqiqatlar və digər məqaqlələr də burada yer almışdır.
 
 

  Əsərlərin X cildi "Bədii əsərlər, publisistika” adlanır. Cildin redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova, tərtib edənləri tarix üzrə fəlsəfə doktoru Orxan Əliyev və cərrah-ginekoloq Aytəkin Allahverdiyevadır. Buraya müəllifin şeirləri, hekayələri, povestləri, publisistik  əsərləri, "Sədərək döyüşləri” adlı kitabı və məktəb illərində yazdığı ilk məqalələri daxil edilmişdir.
  Bütün cildlərin sonunda adlar göstəricisi və şəkillər verilmişdir.
 
 

Xəbər lenti