Biz imzaları yox, əsərləri dərc edirik...

“Kamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb
339
14 Avqust 2018, 16:52
  Avqust ayının 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 95 illiyi münasibətilə "Kamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb.
 
 

  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəllifin əsərləri, redaktoru olduğu, "Ön söz” yazdığı, tərtib etdiyi, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.
  Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.