Biz imzaları yox, əsərləri dərc edirik...

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı
405
05 İyul 2020, 17:38
 Yazar Jalə İsmayılın "Rumıniya-Azərbaycan: iki ölkə, sonsuz imkanlar” adlı kitabı nəşr edilib.
 Rumıniyada işıq üzü görən kitab Azərbaycan-rumın mədəni əlaqələrindən bəhs edir. Kitabda mədəni əlaqələrin inkişaf mərhələləri təhlil edilib, inkişafa təkan vermiş tarixi hadisələrə və şəxsiyyətlərə geniş yer ayrılıb.
 
 Tədqiqat işi Azərbaycan, Rumıniya, Rusiya və Türkiyənin kitabxana və arxiv materialları əsasında hazırlanıb. Rumıniyanın Azərbaycandakı ilk səfiri və tədqiqat işinin elmi rəhbəri professor Tasin Cemil kitaba ön söz yazıb.
Kitab Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan Yankunun təşəbbüsü ilə çap olunub. Nəşrin redaktoru Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Rumın dili və Mədəniyyəti Mərkəzinin direktoru Yosefina Battodur.
 Kulis.az