Biz imzaları yox, əsərləri dərc edirik...

İyulun “ULDUZ”u parladı
210
07 Avqust 2020, 15:46
 Jurnalın iyul sayı Səddam Laçının "Özüylə söhbəti...” və şeirləriylə açılır. 
 Mətanət Vahid "Seyid Əzim Şirvaninin təsəvvüfi dünyagörüşü”ndən yazır. Cəlal Məmmədov "Qısa fikirlər xəzinəsi”ndə nadir fikir adamlarının qısa fikirlərini paylaşır. "Şeir vaxtı”nda Gülay Tarhirli, Musa Urud, Şahanə Müşfiqdir.  "Nostalji”də "Meşəbəyinin canavar qonaqlığı” ilə Xəyal Rzadır. 
 
 

 "Təbriz eli”ndən Pərvanə Məmmədli yazır.  "Tənqid” rubriklasında Qərənfil Dünyaminqızı "Həyatında da romantik olan...” Hadidən yazır. 
 "Nəsr”də Elmin Nuri "Suların qələbə pıçıltısı...”nı, Emin Piri "Əyyaş ata”, Almaz Bəyazid "Sevgi vaksini” hekayələrini təqdim edir.  Jurnalın bu sayında Seyran Səxavət öz deyimlərini oxucularıyla bölüşür.
 Təranə Vahid "Son fəsil” yazısıyla mərhum şairə Fərqanə Mehdiyevanı anır. "Tribuna”da Abid Tahirli "Kıbrıs Türkün gözüdür” yazısını təqdim edir. "Debüt” rubrikasında  Qızbəst Sultan, Elvin İntiqamoğlu şerlərini təqdim edir.  "Dərgidə kitab”da "Qar balası Qaqa” kitabıyla Sevinc Nuruqızıdır. 
 Bunlar hamısı deyil, "Tərcümə saatı”, "Ovqat”, "Türk eli” bir-birindən maraqlı yazıları sizə təqdim edir. 
 "Ulduz”u oxuyun!