Biz imzaları yox, əsərləri dərc edirik...

Xosrov Natilin “İydə ətirli ada” kitabı çapdan çıxıb
367
19 Mart 2020, 10:46
 Bu günlərdə şair Xosrov Natilin "İydə ətirli ada” adlı kitabı çapdan çıxıb.
 Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, albom kitabın ilk səhifələri "İydə ətirli ada” yazısıyla Abşeronun böyük arxipelaqına - Çilov adasına səyahətlə açılır. Bu səyahətin bələdçisi də, seyrçisi də, yaşıllıqların salınmasında yaxından iştirakçısı olduğunu bildirən müəllif təvazökarlıq etmədən "indinin özündə də hər qarış torpağında əl izimin olmasından qürur duyuram”, - deyir.
 

 Kitabda şair Xosrov Natilin "Ada, dəniz, göy üzü və külək” şeirlər silsiləsindən verilmiş parçalar əsas yer tutur. Rəngli fotoşəkillərlə bəzədilmiş vərəqlərə paylanan poetik misralar - Çilov adasının rəngarəng təbiəti, fədakar insanları haqqında yazılan şeir nümunələri kitabı daha da oxunaqlı edir.
 Kitabın redaktoru Azər Abdulla, tərtibat və bəzi şəkillərin müəllifi Gülnarə Rəfiqdir.