Biz imzaları yox, əsərləri dərc edirik...

İspaniyada Əhmədiyyə Cəbrayılova həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb
137
03 Dekabr 2020, 12:14
 Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 11 avqust tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən xüsusi poçt markaları hazırlanıb.
 
 

 AZƏRTAC xəbər verir ki, üzərində Əhmədiyyə Cəbrayılovun təsviri əks olunan poçt markaları İspaniyada dövriyyəyə buraxılıb.
 Bundan əvvəl də səfirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.