Biz imzaları yox, əsərləri dərc edirik...

İsmayıl Şıxlının 100 illiyi
93
15 Aprel 2019, 14:17
  Aprelin 18-də Abdulla Şaiqin mənzil muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
 
  Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyinin hazırladığı tədbirlər planına əsasən təşkil olunacaq.
  Tədbirdə yazıçının həyat və yaradıcılığı ilə bağlı məruzələr dinləniləcək, videoçarx nümayiş olunacaq, şah əsəri olan "Dəli Kür” romanı əsasında hazırlanmış kiçik tamaşa təqdim ediləcək.