Biz imzaları yox, əsərləri dərc edirik...

İnqilab İsaqın kitabının təqdimatı olub
371
12 Aprel 2019, 14:39
 Aprelin 10-da Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair İnqilab İsaqın "Nərgizin nərgizləri” adlı kitabının təqdimatı və oxucularla görüşü keçirildi. 
 
 

 Tədbiri giriş sözü ilə kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq, tədbir iştirakçılarını salamladı və bu gün ədibin yaradıcılığının işığında toplandığımızı qeyd etdi.
 Tədbir çərçivəsində, 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının təqdimatında ədibin uşaqlar üçün yazdığı "Nərgizin nərgizləri” kitabının əsasında hazırlanmış kompozisiya, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx həmçinin milli rəqs nümunələri təqdim olundu.
 Tədbirdə uşaq yazarı, pr Zahid Xəlil, Elvira Məmmədova, "Tumurcuq” uşaq qəzetinin redaktoru Səməd Məlikzadə, "Respublika Xatirə Kitabı” redaksiyasının redaktoru, Zülfüqar Şahsevənli, naşirlər Elman Qasımov, Fazil Kərimov, pedaqogika elmləri doktoru pr. Ramiz Aslanov, Məhəmməd Rəsuloğlu və pedaqoqlar iştirak edirdilər. Hər bir natiq çıxışında, şairin şeirlərində doğma vətənimizin gözəllikləri, uşaqların həyatı, onların qəribəlikləri, müasir uşaq düşüncələrinə daha çox yer verildiyini vurğuladılar və onun ən sevilən şeirlərini səsləndirdilər.
 
 

 Sonda, şair İnqilab İsaqa kitabxananın ərsəyə gətirdiyi "Türk dünyasının nağıl bağı” adlı kitab hədiyyə edildi.Tədbir xatirə şəkillərinin çəkilişi ilə sona çatdı.
 Tədbirin keçirilməsində əsas məqsəd, oxucuların kitaba və mütaliəyə olan marağını artırmaq idi.