Biz imzaları yox, əsərləri dərc edirik...

İlin ilk bestselleri
670
16 May 2018, 14:48
  Ceyms Komeyin siyasi romanı satış rekordlarını yenilədi.
 
 

  Prezident Trampa meydan oxuyan sabiq FBİ direktoru Ceyms Komeyin səs-küylü romanı "Yüksək mövqe” ("A higher loyalty”) artıq ilin ilk bestselleri elan edilib. Kitab rəflərdə yer aldıqdan cəmi bir həftə sonra onlayn sifarişlər də daxil olmaqla, 600 min nüsxə satılıb. "Reuters” agentliyinin xəbərində bildirilir ki, nəticələrə görə, roman bu il bestseller olmağa iddialı iki əsəri – Hilari Klintonun prezident seçkiləri prosesi ilə bağlı yazdığı "Nələr oldu?” ("What happened”) və journalist Mişel Volfun Ağ Ev haqqındakı iddialardan yola çıxaraq qələmə aldığı "Alov və qəzəb”i ("Fire and fury”) də geridə qoyub. Belə ki, Klintonun kitabı ilk bir həftədə 300 min, ümumilikdə isə 511 min nüsxə, "Alov və qəzəb isə”, ilk həftə 218 min, ümumilikdə isə 975 min nüsxə satılıb.
  Komeyin rəsmi naşiri "Macmillan”ın satış şöbəsi "Flatiron Books” kitab evindən verilən məlumatda isə bildirilib ki, prezidentin vəkillər bürosunun məhkəmə müraciətlərini nəzərə alaraq, müəllif ilk tirajda 1 milyon nüsxənin işıq üzü görməsini istəyib. Bunun yarıdan çoxu isə cəmi bir həftə, daha doğrusu, ilk altı gün ərzində satılıb.
  Məlumat üçün bildirək ki, C.Komey FBİ-ın "ABŞ prezident seçkilərində Rusiya izi”ni araşdırmağa başladığını elan etdikdən sonra vəzifədən uzaqlaşdırılıb.
 Hazırladı: Elcan Salmanqızı
Xəbər lenti