Biz imzaları yox, əsərləri dərc edirik...

İki yaşlı İpək Məcidə – Qulu Ağsəsin şeiri
613
25 May 2020, 12:46
 Artkaspi.az saytı Qulu Ağsəsin İpək Məcidə həsr etdiyi şeiri təqdim edir:
 
 

iki yaşlı İpək Məcidə
 
Nə deyim ki, ay İpək,
Gül xətrinə dəyməsin?!
Gecələr açıq olur
Yuxunun bir düyməsi...
 
Saatlarla dinməyib
Qəfildən vəcdə gələn!
Ata Məciddən qaçıb
Baba Məcidə gələn!
 
Telefonu açmadın
Kefimi pozdun mənim.
İnstaqram yoldaşım,
Karantin dostum mənim!
 
Yollar yasaqdı, İpək,
Hava sazaqdı, İpək, 
Çiçək taxıb telinə – 
Çıx Günəşin yerinə!..