Biz imzaları yox, əsərləri dərc edirik...

III Şəki Beynəlxalq Teatr Festivalının açılışı olub
510
18 May 2018, 13:14
  Şəkidə "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının açılışı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutan festivalda Azərbaycanla yanaşı, ümumi 6 ölkədən 9 teatr iştirak edir. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.
 
 

 Saat 15.00-da mətbuat konfransı keçirilib. Festivalın direktoru Şaiq Səfərov, teatrşünas Aydın Talıbzadə və Şəki Dövlət Dram teatrının baş rejissoru Mirbala Səlimlinin iştirakı ilə keçirilən mətbuat konfransında festival haqqında məlumat verilib və jurnalistlərin sualları cavablandırılıb.
 Daha sonra teatr festivalının rəsmi açılış mərasimi keçirilib. Açılış festivalın tarixçəsi haqqında videoçarxla başlayıb. Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov çıxış edərək qonaqları salamlayıb. İcra başçısı Şəkidə artıq 3-cü dəfə keçirilən bu festivalın əhəmiyyətindən danışıb və vurğulayıb ki, tamaşaçılara teatrı sevdirmək baxımından mühüm tədbir olan festival həm də Şəkidə turizmin inkişafına böyük töhfə verəcək.
  Daha sonra çıxış edən Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyev bildirib ki, "Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə 2018-ci il 12-19 may tarixlərində baş tutacaq festival ümumilli lider Heydər Əliyevin 95, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunub. 
 
 

  Respublikamızda artıq 3-cü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivalın Təşkilat Komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən – Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt, Makedoniya və İrandan 60-dan çox təklif daxil olub”.
  Açılış mərasimindən sonra İran İslam Respublikasının "Titovak” Teatrının "Maqbet-Zar” tamaşası ilə festivalın açılışı olub. Musiqili performans Hörmüzgan əyalətində keçirilən Zar ritualı və U