Biz imzaları yox, əsərləri dərc edirik...

İçərişəhərdə növbəti sərgi – “Avropa”
384
23 Fevral 2018, 10:14
 İçərişəhərdə yerləşən "Art Tover” rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət "Avropa” adlı rəsm sərgisi açılıb.
 


 AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.
 Sərgidə tanınmış fırça ustasının 50-dən çox sənət əsəri nümayiş edilir. Ekspozisiyada yer alan rəsmlər rəssamın Avropaya səyahəti zamanı yaratdığı rəsmlərdir. Ziyarət etmək istəyənlər martın 3-dək qeyd edilən məkana üz tuta bilər.